RU

DTX casusluqda ittiham olunan şəxslərin işini məhkəməyə göndərdi

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ibtidai istintaqı başa çatdırılmış cinayət işi üzrə materiallar Bakı Hərbi Məhkəməsinə daxil olub.

Doğru.az xəbər verir ki, həmin şəxslər bir müddət əvvəl həbs ediliblər. Xarici xüsusi xidmət orqanlarının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanətdə ittiham olunan İlkin Qənbərov və hərbçi Vüsal Ağayev DTX tərəfindən görülmüş tədbirlər nəticəsində saxlanılaraq istintaqa cəlb olunublar.

Bundan başqa, DTX tərəfindən davam etdirilən tədbirlər zamanı Tural Alıyev İordaniyada, Məmməd Şərifov isə Türkiyə ərazisində ələ keçirilərək Azərbaycana gətirilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. Qanunvericiliyə əsasən, bu maddə üzrə 12 ildən 20 ilədək, bəzi hallarda isə ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

DOĞRU.AZ

Избранный
17
44
dogru.az

10Источники