RU

Maduro: Venesuela ABŞ-nin koloniyası olmayacaq

BAKI, 4 oktyabr. TELEQRAF

Venesuela heç vaxt ABŞ-nin müstəmləkəsi olmayacaq.

Teleqraf xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro bəyan edib.

O qeyd edib ki, Venesuela öz müstəqilliyini qoruyacaq, heç bir imperiyanın təsiri altında alçalmaq niyyətində deyil. Madura yaxın illərdə bu imperiyaya "layiqli dərs verəcəyini" açıqlayıb.

Prezidentin sözlərinə görə, ölkə sülh hüququna malikdir və müstəqilliyindən heç vaxt imtina etməyəcək.

Избранный
26
3
teleqraf.com

4Источники