RU

HƏMAS Trampla razılaşdı:

HƏMAS ABŞ Prezidenti Donald Trampın təklif etdiyi mübadilə planı çərçivəsində sağ və ölü bütün israilli girovları azad etməyə hazır olduğunu açıqlayıb.

 

“Əl-Cəzirə” xəbər verir ki, qruplaşmanın bəyanatında belə deyilir.

 

“Hərbi əməliyyatların dayandırılmasına və qoşunların Qəzza zolağından tamamilə çıxarılmasına nail olmaq üçün hərəkat Prezident Trampın təklifində yer alan mübadilə düsturuna uyğun olaraq, bütün sağ və ölü israilli girovları azad etməyə razı olduğunu elan edir”, - bəyanatda vurğulanır.

 

Qrup həmçinin Qəzza zolağının idarəçiliyini Fələstin milli konsensusu və ərəb və islam dəstəyi əsasında müstəqil bir quruma təhvil verməyə razılaşıb.

 

Qeyd edək ki, D.Tramp sazişi imzalaması üçün HƏMAS-a üç gün vaxt vermiş, imtina edəcəyi təqdirdə onu cəhənnəmlə hədələmişdi.

Избранный
24
senzor.az

1Источники