RU

Münxen aeroportu dron təhlükəsi səbəbindən yenidən bağlanıb

Almaniyanın Münxen şəhərinin beynəlxalq hava limanı dron təhlükəsi ilə bağlı bir daha bağlanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Polisin açıqlamasına görə, hava məkanında dron müşahidəsi barədə siqnallar daxil olub. Təhlükəsizlik məqsədilə bütün uçuşlar dayandırılıb, lakin hava limanının nə qədər müddət bağlı qalacağı hələlik məlum deyil.

Münxen hava limanının rəsmi saytında bildirilib ki, uçuşlar ehtiyat tədbiri olaraq məhdudlaşdırılıb və növbəti xəbərdarlığa qədər dayandırılıb. Nəticədə 23 reys başqa şəhərlərə yönləndirilib, Münxenə nəzərdə tutulan 12 uçuş isə ləğv edilib. Nəticədə təxminən 6500 sərnişin hava limanında gözləməli olub.

Xatırladaq ki, ötən gecə də Münxen aeroportu eyni səbəbdən bir neçə saatlıq fəaliyyətini dayandırmışdıvə 3500 sərnişin orada qalmaq məcburiyyətində qalmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
2
olaylar.az

3Источники