Bu gün Gürcüstanda yerli seçkilər keçirilir.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, səhər saat 8-də ölkə üzrə bütün seçki məntəqələri səsvermə üçün açılıb.
Səsvermə saat 20:00-da başa çatacaq.