RU

İsrail Ordusuna “dayan” əmri verildi

İsrail Müdafiə Qüvvələrinə (IDF) Qəzza şəhərini ələ keçirmək üçün kampaniyanı dayandırmaq əmri verilib. Olaylar.az xəbər verir ki, məlumatı İsrail Ordusünün Radiosu və ictimai yayımçı Kan yayıb.

Ordu Radiosunun məlumatına görə, İDF-ə əmr "İsrail və ABŞ rəsmiləri arasında gecə ərzində aparılan danışıqlardan sonra verilib" və Qəzzada əməliyyatların "minimuma" endirilməsi, yerdəki qoşunların yalnız müdafiədə olmasını nəzərdə tutur.

Kan TV-nin məlumatına görə, Trampın planı ilə bağlı danışıqların tezliklə baş tutacağı gözlənilir.

Sərəncam ABŞ prezidenti Donald Trampın Qəzza zolağında hərbi əməliyyatları dayandırmaq və Fələstinin HƏMAS hərəkatının münaqişəni həll etməyə hazır olduğunu bəyan etməsi, həmçinin israilli girovların azad edilməsi ilə bağlı çağırışından sonra verilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
20
1
olaylar.az

10Источники