RU

12 karateçimiz III MDB Oyunlarında qızıl medal uğrunda döyüşəcək

Bu gün III MDB Oyunlarının karate yarışlarına yekun vurulacaq.

Yenisabah.az xəbər verir ki, Mingəçevir Kür Olimpiya Mərkəzində keçiriləcək döyüşlərdə Azərbaycan millisinin 12 təmsilçisi qızıl medal uğrunda tatamiyə çıxacaq.

Yarışların ikinci günündə qadınlar arasında ölkəmizi Aysu Əliyeva, Renata Ərəbli (hər ikisi 61 kiloqram), İrina Zaretska, Aysel Qasımova (hər ikisi 68 kiloqram), Fatimə Bədəlova və Ağgül Əsgərova ( hər ikisi +68 kiloqram), kişilər arasında isə Fərid Ağayev, Rəşid Süleymanov (hər ikisi 75 kiloqram), Turqut Həsənov, Fərid Şahbazlı (hər ikisi 84 kiloqram), Asiman Qurbanlı , Vahid Həsənov(hər ikisi +84 kiloqram) təmsil edəcəklər. pizza sifarişi

Qeyd edək ki, daha əvvəl Mədinə Sadıqova (55 kiloqram) həmyerlisi Nəzrin Piriyevaya, Nuran Rzazadə (67 kiloqram) qırğızıstanlı Erlan Akılbek Uuluya, Roman Heydərov (fərdi kata yarışında) özbəkistanlı Səməndər Urazəliyevə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Fərid Savadov (60 kiloqram) və Nəzrin Piriyeva (55 kiloqram) gümüş, İnci Əzizova (50 kiloqram), Aslan Dostuyev (67 kiloqram), Ramilə Heydərova, Rövşən Əliyev (hər ikisi fərdi kata yarışlarında) bürünc medallarla kifayətləniblər.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.


Telegram kanalımız
Избранный
14
12
yenisabah.az

10Источники