RU

Azərbaycanda ən çox kredit cəlb edən biznes sahələri açıqlanıb

Azərbaycanda ən çox kredit cəlb edən biznes sahələri məlun olub.


APA-Economics” xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında bildirilib.

Qeyd edilib ki, bu ilin ilk yarısında biznes kreditləri üzrə artım əsasən informasiya və rabitə, kənd təsərrüfatı və nəqliyyat sahələri üzrə baş verib.

Belə ki, 2025-ci ilin iyun ayının sonuna biznes portfeli illik əsasda 9.1% (1.27 mlrd. manat) artaraq 15.14 mlrd. manata çatıb. Qeyri-istehsalat və xidmət sahələri üzrə 326 mln. manat (14.4%), kənd təsərrüfatı üzrə 269 mln. manat (17.4%), ticarət müəssisələri üzrə isə 249 mln. manat (6.2%) artım qeydə
alınıb. Biznes kreditləri portfelində ən böyük payı ticarət müəssisələrinə verilmiş kreditlər təşkil edir və bu, ümumi portfelin 28.1%-ni (4.25 mlrd. Manat) təşkil edir.

Избранный
33
4
apa.az

6Источники