İranda din xadimini öldürməkdə təqsirləndirilən və İsraillə əlaqələrdə ittiham olunan daha beş nəfər edam olunub.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" "Mehr" agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən, ittiham olunanlar bir neçə zorakılıq aktı, Xürrəmşəhrdə partlayış törətdiklərini və təhlükəsizlik qüvvələrinin dörd əməkdaşını öldürdüklərini etiraf ediblər.