Yaponiyada səsvermənin ikinci turunun nəticələrinə görə, keçmiş iqtisadi təhlükəsizlik naziri Sanae Takaiçi ölkənin hakim Liberal Demokrat Partiyasının yeni sədri seçilib.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Takaiçi 341 səsdən 185-ni toplayıb. Onun rəqibi, keçmiş baş nazir Juniçiro Koizuminin oğlu Şinjiro Koizumi 156 səs toplayıb.
Bununla da Takaiçi tezliklə gözlənilən Şiqeru İşibanın istefasından sonra Yaponiyanın növbəti baş naziri olacaq. O həm də ölkə tarixində ilk xanım baş nazir olacaq.