RU

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Ötən
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 3-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 55, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

⁠Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Избранный
20
22
1news.az

10Источники