RU

Ukrayna hərbçiləri Danimarkada dronlarla mübarizə təcrübələrini bölüşüblər

Ukrayna

Ukrayna hərbiçiləri döyüş təcrübəsinin mübadiləsi zamanı Danimarkanın hava məkanında bir neçə dronu uğurla zərərsizləşdiriblər.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Telegram” kanalında məlumat verilib.

"Zərbə tipli dronlara qarşı mübarizə üzrə mütəxəssislərimiz “Sting” adlı dronu havaya qaldıraraq Danimarkaya məxsus “Banshee” dronunu dəqiq şəkildə məhv edib", – deyə Baş Qərargahdan bildirilib.

Məlumata görə, dronun vurulması nümayişinə Avropanın müxtəlif ölkələrindən olan nümayəndələr dəvət olunub. Onlar hava təhlükələrinə qarşı Ukrayna həllərinin effektivliyini birbaşa izləmək imkanı əldə ediblər.

Избранный
8
3
xalqcebhesi.az

4Источники