RU

Yaponiyada ilk dəfə qadın Baş nazir ola bilər

Yaponiyada tarixi hadisə baş verib. Belə ki ölkənin hakim Liberal-demokrat Partiyasına ilk dəfə qadın rəhbər seçilib.

BAKU.WS xəbər verir ki, partiyanın yeni sədri Sanae Takaitidir.

Japan News-un məlumatına görə, o, ikinci turda keçirilən səsvermədə qalib gələrək partiyanın ilk qadın sədri olub.

Sanae Takaitinin 15 oktyabrda keçiriləcək parlamentin növbədənkənar sessiyasında Yaponiyanın tarixində ilk qadın Baş nazir kimi vəzifəyə təyin ediləcəyi gözlənilir.

Избранный
25
far.az

1Источники