RU

Elmar Məmmədyarov niyə məmurla quda olmadı? VİDEO

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Mən övladlarımın işinə qarışmırdım. Evlilik qərarını özləri veriblər”.

Bu sözləri Globalinfo TV-yə müsahibəsində sabiq xarici işlər naziri Elmar Məmmədyarov oğlanlarını məmur dostlarının övladları ilə evləndirməməsi haqda danışarkən deyib.

O, onların Nyu Yorkda tanış olduqlarını bildirib:

“Oğlanlar Nyu Yorkda təhsil alıblar. Böyük oğlumun da, kiçik oğlumun da həyat yoldaşı eyni universitetdə təhsil alıblar. Övladlarımdan eşitməmişəm ki, gedim məmurlardan kiminsə qapısını döyüm, şirin çay istəyim və sair. Onlar sərbəst adamlardır, özləri təhsil alıblar, işləyiblər mən qarışmamışam”.

Müsahibənin davamını buradan izləyə bilərsiniz:

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
2
globalinfo.az

3Источники