RU

Yaponiyada qadın baş nazir ola bilər - İLK DƏFƏ

Yaponiyanın keçmiş iqtisadi təhlükəsizlik naziri xanım Takaiçi Sanae hakim Liberal Demokrat Partiyasının (LDP) sədri seçilib.

Redaktor.az xəbər verir ki, Takaiçi Sanae partiya rəhbəri yarışında 4 rəqibinə qalib gələrək, partiya tarixində ilk dəfə qadın lider olub. İlk raundda 5 namizəd arasında Takaiçi Sanae 183 səs, əsas rəqibi Şinciro Koizumi 164 səs toplayaraq, ikinci mərhələyə keçiblər. İkinci mərhələdə Takaiçi Sanae üstün olub.

Yaxın günlərdə parlamentdə hakim partiyanın yeni rəhbərinin ölkənin baş naziri vəzifəsinə namizədliyi səsə qoyulacaq. Bununla da o, Yaponiyanın ilk qadın Baş naziri ola bilər.

Qeyd edək ki, hazırkı Baş nazir Şiqeru İşiba sentyabrın əvvəlində hakim partiyanın rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb.

Избранный
23
6
redaktor.az

7Источники