RU

Rusiyada bu il yeni təyyarələrin istehsalı üzrə rekord göstəriciyə imza atılacaq

Rusiyanın “Birləşmiş Aviasiya Korporasiyası” (UAC) bu il yeni təyyarələrin istehsalı üzrə rekord göstəriciyə imza atacaq.

“Poliqon” xəbər verir ki, bu barədə “Rusiyada istehsal: texnoloji liderlik və milli suverenlik strategiyaları” plenar iclasında çıxış edən UAC-nin baş direktoru Vadim Badexa bildirib.

“Bu il korporasiya üçün rekord olacaq. Biz yeni təyyarələrin illik istehsalı baxımından postsovet dövründəki bütün göstəriciləri üstələyəcəyik. Keçən il də rekord idi, amma bu il biz ötən illə müqayisədə təxminən 50% çox təyyarə istehsal edəcəyik”, – deyə baş direktor qeyd edib.

O əlavə edib ki, artım əsasən xüsusi hərbi əməliyyat zonasında hava missiyalarının yerinə yetirilməsini təmin edən döyüş təyyarələrinin istehsalına aiddir.

Xatırladaq ki, UAC mütəmadi olaraq Rusiya Silahlı Qüvvələrinə Su-35S qırıcılarının, Su-34 qırıcı-bombardmançılarının və digər aviasiya vasitələrinin tədarükünü həyata keçirir.

Избранный
18
poliqon.az

1Источники