RU

“Kral olanda monarxiyada dəyişiklik edəcəyəm” - Şahzadə Uilyam

Uels şahzadəsi Uilyam kral olduqdan sonra monarxiyada bəzi dəyişikliklərə imza atacağını bildirib.

Milli.Az xəbər verir ki, o, bu fikirləri "Apple TV+"da yayımlanan "The Reluctant Traveller" verilişi çərçivəsində Vindzor sarayında verdiyi müsahibədə səsləndirib. Saray nümayəndələri bu açıqlamaları onun ən açıq və səmimi çıxışlarından biri kimi dəyərləndirib.

Şahzadə bildirib ki, dəyişikliyə açıqdır və bu prosesi pozitiv qarşılayır:

"Radikal olmasa da, vacib dəyişikliklər etmək istəyirəm. Bu mənə enerji verir."

O, ənənələrin əhəmiyyətini qəbul etdiyini, amma zamanın tələblərinə uyğunlaşmaq üçün bəzi sualların verilməsinin vacib olduğunu vurğulayıb:

"Bəzən düşünməliyik - bu ənənə indi də keçərlidirmi? Həqiqətən təsirli ola bilirikmi?"

Asya
Milli.Az

Избранный
22
1
milli.az

2Источники