RU

Tramp Türkiyəyə təşəkkür etdi – VİDEO

ABŞ prezidenti Donald Tramp HƏMAS-ın onun sülh planına razılaşması münasibətilə X hesabından videopaylaşım edib.

Sitat.info  xəbər verir ki, o, paylaşımda HƏMAS-ın davamlı sülh istəyinə inandığını və İsrailin məhbusları azad etmək üçün Qəzzanı bombalamağı dərhal dayandırmalı olduğunu vurğulayıb.

O, HƏMAS-ın cavabını da yüksək qiymətləndirib: "Bu prosesin sona çatmasına kömək edən ölkələrə təşəkkür etmək istəyirəm: Qətər, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, İordaniya və başqaları. Bu gün gözəl bir gündür və hər şeyin necə bitəcəyini görəcəyik. Son sözlər konkret olmalıdır".

Tramp bildirib ki, o, məhbusların tez bir zamanda azad olunaraq evlərinə qayıtmasını gözləyir: "Ona görə də bunu sizə demək istəyirəm. Bu gün çox özəl bir gündür, bəlkə də bir çox cəhətdən görünməmiş bir gündür. Bizi dəstəkləyən böyük ölkələrə də təşəkkür edirəm. Hər kəs bu müharibənin bitməsini və Yaxın Şərqdə sülhün hökm sürməsini istəyirdi. Biz bu məqsədə çatmağa çox yaxınıq".

Musavat.com

 

 

Избранный
14
4
sitat.info

5Источники