III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qılıncoynatma üzrə yarışlar davam edir.
İdman.biz xəbər verir ki, Azərbaycanın qızlardan ibarət şpaqa üzrə milli komandası Özbəkistana 37:45 hesabı ilə uduzub.
Beləliklə, Mirnuray Abasova, Aynur Quliyeva, Nəzrin Mehdiyeva və Xədicə Həsənlidən ibarət Azərbaycan komandası bürünc medal qazanıb.