
III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qılıncoynatma üzrə yarışlar davam edir.
Yeniavaz.com xəbər verir ki, Azərbaycanın qızlardan ibarət şpaqa üzrə milli komandası yarımfinalda Özbəkistana 37:45 hesablı ilə uduzub.
Beləliklə, Mirnuray Abasova, Aynur Quliyeva, Nəzrin Mehdiyeva və Xədicə Həsənlidən ibarət Azərbaycan komandası bürünc medal qazanıb.