Paytaxtın Xəzər rayonunda yerləşən evlərdən təmir-tikinti alətləri oğurlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 29 yaşlı R.Mirzəcanov və həmyaşıdı B.Cahangirov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla R.Mirzəcanovun bundan əvvəl də ayrı-ayrı şəxslərə məxsus ümumilikdə 4840 manat dəyərində təmir alətləri, monitor, maqnitofon, səsgücləndirici oğurlaması da məlum olub. Araşdırmalar davam etdirilir.