RU

Türkiyədə fabrikdə partlayış baş verdi, ölənlər var

BAKI, 4 oktyabr. TELEQRAF

Türkiyənin Kocaeli vilayətinin Dilovası rayonunda yerləşən sənaye bölgəsindəki fabriklərin birində partlayış baş verib.

Teleqraf xəbər verir ki, ilkin məlumata görə, partlayış nəticəsində 2 fəhlə həyatını itirib. Hadisə yerinə çox sayda xilasedici və təcili tibbi yardım qrupları cəlb olunub.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Kocaeli Valiliyindən bununla bağlı verilən açıqlamada qəza ilə bağlı istintaqın başlanıldığı bildirilib.

Избранный
22
6
teleqraf.com

7Источники