RU

Rusiyanın futbol üzrə yığması III MDB Oyunlarının qalibi oldu

Bakı. Trend:

Bu gün Qəbələ şəhər stadionunda III MDB Oyunları çərçivəsindəfutbol yarışları başa çatdı.

Trend xəbər verir ki, finaloyununda Azərbaycan (U-16) və Rusiya (U-16) yığmalarıqarşılaşdı.

Gərgin mübarizə şəraitində keçən oyun Rusiya yığmasının 3:2hesablı qələbəsi ilə yekunlaşdı. Rusiya millisinin heyətində KlimDenisov, İvan Kuzmin və Ratmir Lukyanov fərqləndilər. Azərbaycanmillisinin heyətində isə Əli Bəşirov dublla yadda qaldı.

Beləliklə, Rusiya yığması III MDB Oyunlarında futbol turnirinqalibi oldu. Azərbaycan yığması gümüş, Özbəkistan komandası isəbürünc medallara sahib çıxdı.

Məqalədə:
Избранный
39
3
az.trend.az

4Источники