RU

Övladları polis bölməsinə çağrıldı

Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sentyabrın 26-da Yalovanın Çınarcık məhəlləsində 5-ci mərtəbədəki mənzilinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən tanınmış sənətçi Güllünün ölümü ilə bağlı araşdırma aparılır.

Axşam.az xəbər verir ki, iddiaçı qismində sənətçinin oğlu Tuğberk Gülter və qızı Tuğyan Ülkem Gülter ifadə verib. Ailə xalqa qarşı reaksiya göstərərək, "Ağrımızı yaşatmadınız, anamızın sümüklərini ağrıtdınız" deyib.

İstintaq çərçivəsində sənətçinin oğlu Tuğberk Gülter şikayətçi, qızı Tuğyan Ülkem Gülter isə şikayətçi şahid qismində ifadə veriblər. Hadisə zamanı evdə olan Sultan Nur Ulu da şahid qismində ifadə verib. İfadədə Baş prokuror Duyğu Bayar Öksüz də iştirak edib.

Tuğberk Gülter ifadəsini verdikdən sonra jurnalistlərə açıqlamasında "Hadisə ilə bağlı hüquqşünaslarımız onsuz da lazımi açıqlamalar verəcək. Bircə onu deyim ki, hadisə günü nişanlımla İstanbulda idim. Bundan başqa bütün Türkiyəyə səslənirəm. Acımızı yaşatmadınız, bizə böhtan atdınız" sözlərini deyib.

Qızı Tuğyan Ülkem Gülter isə "Onları bağışlamıram. Əminəm ki, anam da danışanları bağışlamayıb. Anamın sümüyünü ağrıtdılar. Hər şey aydındır. Vəkillərimiz lazımi açıqlama verəcək. Ağrımızı yaşatmadılar" sözlərini əlavə edib.

İstintaq faylından səs yazıları və məhkəmə-tibbi ekspertiza rəyləri təqdim edlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
53
2
axsam.az

3Источники