RU

Roma Argentina millisinin üzvü ilə danışıqlara başlayacaq

Sportal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Roma" mövsümün sonunda müqaviləsi başa çatan Paulo Dibalanı komandada saxlamaq istəyir.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi argentinalı hücumçunun sözləşməsinin müddətini uzatmağı planlaşdırır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Paytaxt klubunun idman direktoru Frederik Massara qarşıdakı günlərdə Dibalanın meneceri ilə danışıqlara başlayacaq. 31 yaşlı futbolçunun özünündə komandada qalmaq istədiyi bildirilir.

Qeyd edək ki, Paulo Dibala 2022-ci ilin yayından "Roma"da çıxış edir. Argentina millisinin üzvü bu mövsüm "canavarlar"ın heyətində 3 rəsmi matçda yadda qalıb.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
2
sportal.az

3Источники