Bütün bələdiyyələrdə nəticələrin 70 faizdən çoxu "Gürcü Arzusu"nun lehinədir.
“İki sahil” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri və hakim "Gürcü Arzusu" Partiyasının sədri İrakli Kobaxidze bildirib.
"Qərargahımızın məlumatına görə, bütün bələdiyyələrdə, o cümlədən Tbilisidə və digər iri şəhərlərdə "Gürcü Arzusu"nun xeyrinə nəticə 70 faizdən çoxdur. Biz xalqın bu etimadını çox yüksək qiymətləndiririk və bir daha söz veririk ki, bu etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik", – deyə Kobaxidze vurğulayıb.
Baş nazir Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, seçici fəallığının yüksək olduğunu bildirib və seçkilərdə iştirak edən vətəndaşlara təşəkkür edib.
"MSK-nın məlumatına görə, artıq 1,2 milyon seçici səsvermədə iştirak edib ki, bu da 2014 və 2017-ci illərdəki göstəricilərə uyğundur. Mən "Gürcü Arzusu"nun qərargahı adından artıq səs verən hər bir seçiciyə təşəkkür edirəm və bütün vətəndaşları fəal olmağa, sülh və inkişaf naminə səs verməyə çağırıram. Seçkilərin dinc şəraitdə keçməsi və seçicilərin azad şəkildə seçim etməsi bizi sevindirir", – deyə İrakli Kobaxidze əlavə edib.