Sportal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Yuventus"un müdafiəçisi Qleyson Bremer karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Çelsi" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
London təmsilçisini Bremer üçün onun klubu ilə müqaviləsində yer alan 60 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.
"Liverpul" və "Mançester Yunayted" də Braziliya millisinin üzvünə maraq göstərir.
Qeyd edək ki, "Yuventus" Qleyson Bremeri 2022-ci ilin yayında "Torino"dan tramsfer edib. 28 yaşlı mərkəz müdafiəçisi bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.