Gürcüstanda keçirilən bələdiyyə seçkilərində səsvermə başa çatıb.
AZƏRTAC xəbər verir ki, yerli vaxtla saat 20:00-da seçki məntəqələri bağlanıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının saat 17:00-a olan son məlumatına əsasən, seçici fəallığı 33,5% təşkil edib.
Seçkilərin ilkin nəticələrinin iki saat ərzində açıqlanacağı gözlənilir.