RU

Kaxa Kaladze növbəti dəfə Tbilisinin meri seçilib

Hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasından Tbilisi merliyinə namizəd Kaxa Kaladze seçkilərdə 77,4% səs toplayıb.

Teleqraf xəbər verir ki, Gorbi şirkətinin exit-poll məlumatlarını Gürcüstanın "İmedi" telekanalı dərc edib.

Müxalifətdə olan "Güclü Gürcüstan" və "Gürcüstan naminə Qaxariya" partiyalarının namizədi İrakli Kupradze 8,8% səs toplayaraq ikinci olub. İlk üçlüyü 6,7 faiz səslə "Girçi" liberal partiyasının namizədi İaqo Xviçia tamamlayıb.

Hakim partiya liderləri artıq Kaladzenin qələbəsini siyasi ittifaqın mərkəzi ofisində qeyd edirlər. O, üçüncü müddətə Tbilisi merinin səlahiyyətlərini icra edəcək. Hakim partiyanın təsisçisi və fəxri sədri Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili və Kaladzenin özü çıxış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
11
1
olaylar.az

6Источники