RU

III MDB Oyunları: Azərbaycan cüdoçuları 21 medala sahibləniblər

 

III MDB Oyunları çərçivəsində

Göygöl Olimpiya İdman Kompleksində cüdo üzrə yarışlar davam edib. Azərbaycanlı idmançılar Gülşən Hüseynova (-44 kq), Zeyd Ələsgərov (-60

kq), Könül Eyvazova (-48 kq), Fəxri Sahibzadə (-66 kq) və Nərmin Ağamirzadə

(-52 kq) birinci yerə çıxıblar və

qızıl medal əldə ediblər.

Sübhan Axundov (+90 kq), Məhəmməd

Ağakişiyev (-81 kq), Nəzakət Əliyeva (-57) kq), Hüseyn Hüseynov (-66 kq), Sunay

Salamova (-40 kq), Məhəmmədəli Hüsüyev (-55 kq), Röyal Qayibov (-60 kq) gümüş,

Anar Quliyev (-50 kq), İbrahim Talıbov (-55 kq), Xədicə Abdullayeva (-44 kq),

Aysun Məmmədova (-52 kq), Sadiq Məmmədov (-73 kq), Nürəddin Əliyev (-90 kq) və

Tunar Fərzəliyev (+90 kq) bürünc medal qazanıblar.

Xatırladaq ki, daha öncə  Zemfira Əliyeva (+70 kq) və Fidan Cəlilli (70

kq) bürünc medala sahiblənibr.

Beləliklə, cüdo yarışlarının ilk

günündə idmançılarımız 21 medal qazanıblar.

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

 

 

Избранный
20
5
azerbaijan-news.az

6Источники