III MDB Oyunları çərçivəsində
Göygöl Olimpiya İdman Kompleksində cüdo üzrə yarışlar davam edib. Azərbaycanlı idmançılar Gülşən Hüseynova (-44 kq), Zeyd Ələsgərov (-60
kq), Könül Eyvazova (-48 kq), Fəxri Sahibzadə (-66 kq) və Nərmin Ağamirzadə
(-52 kq) birinci yerə çıxıblar və
qızıl medal əldə ediblər.
Sübhan Axundov (+90 kq), Məhəmməd
Ağakişiyev (-81 kq), Nəzakət Əliyeva (-57) kq), Hüseyn Hüseynov (-66 kq), Sunay
Salamova (-40 kq), Məhəmmədəli Hüsüyev (-55 kq), Röyal Qayibov (-60 kq) gümüş,
Anar Quliyev (-50 kq), İbrahim Talıbov (-55 kq), Xədicə Abdullayeva (-44 kq),
Aysun Məmmədova (-52 kq), Sadiq Məmmədov (-73 kq), Nürəddin Əliyev (-90 kq) və
Tunar Fərzəliyev (+90 kq) bürünc medal qazanıblar.
Xatırladaq ki, daha öncə Zemfira Əliyeva (+70 kq) və Fidan Cəlilli (70
kq) bürünc medala sahiblənibr.
Beləliklə, cüdo yarışlarının ilk
günündə idmançılarımız 21 medal qazanıblar.
Rizvan CƏFƏROV,
"Azərbaycan"