RU

Salyanda avtomobil piyadanı vuraraq öldürdü

Salyanda avtomobil qadın piyadanı vuraraq öldürüb.

 

Hadisə Salyan şəhərində qeydə alınıb.

 

Belə ki, “Mercedes” markalı avtomobil yolu keçən Salyan şəhər sakini, 1955-ci il təvəllüdlü Zeynalova Rəna Bəhlul qızını vurub.

 

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

APA

Tarix: 4 Oktyabr 2025, 23:29   
Избранный
16
2
pravda.az

9Источники