RU

“Qalatasaray” bu mövsümdə ilk dəfə xal itirib VİDEO

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Futbol üzrə Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.

İdman.biz xəbər verir ki, “Qalatasaray” öz meydanında “Beşiktaş”ı qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Oyunda hesabı 12-ci dəqiqədə qonaqların heyətində Temmi Abraham açıb. 34-cü dəqiqədə ev sahibləri azlıqda qalıblar. Davinson Sançes qırmızı vərəqə ilə meydandan qovulub. Buna baxmayaraq, “Qalatasaray” məğlubiyyətdən qaça bilib. 54-ci dəqiqədə İlkay Gündoğan yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra “Qalatasaray” 22 xalla turnir cədvəlinə başçılıq edir. “Aslanlar” bu mövsümdə ilk dəfədir ki, xal itirirlər. “Beşiktaş” isə 13 xalla 5-ci pillədə yer alır.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
8
icma.az

9Источники