Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.
Futbol üzrə Türkiyə Superliqasında İstanbul derbisi baş tutub.
Axar.az xəbər verir ki, VIII tura təsadüf edən prinsipial matçda "Qalatasaray" öz meydanında "Beşiktaş"ı qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Oyunda hesabı 12-ci dəqiqədə qonaqların heyətində Temmi Abraham açıb. 34-cü dəqiqədə ev sahibləri azlıqda qalıblar. Davinson Sançes birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Buna baxmayaraq, "Qalatasaray" məğlubiyyətdən qaça bilib. 54-ci dəqiqədə İlkay Gündoğan fərqlənərək, yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra "Qalatasaray" 22 xalla turnir cədvəlinə başçılıq edir. "Beşiktaş" isə 13 xalla 5-ci pillədə yer alır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.