Azərbaycan III MDB Oyunlarının medal sıralamasında ikinci pilləyə yüksəlib.
Publika.az xəbər verir ki, ölkənin aktivində hazırda 23 qızıl, 44 gümüş və 67 bürünc medal var.
Siyahıya Rusiya (89 qızıl, 40 gümüş, 28 bürünc medal) başçılıq edir. Üçüncü pillədə isə Belarus (20 qızıl, 23 gümüş, 38 bürünc) yer alıb.
İndiyə qədər 9 ölkə təmsilçiləri medal qazanıblar.