RU

FBI direktorundan Venesuela prezidentinə ŞOK SÖZLƏR: “Narkotacir-diktator”

ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Kaş Patel Venesuela prezidenti Nikolas Maduronu “narkotacir-diktator” adlandırıb.

Musavat.com xəbər verir ki, Patel bu barədə çıxışı zamanı bildirib:

“Maduro sadəcə korrupsiyalaşmış siyasətçi deyil, ona qarşı narkoticarətdə ittiham irəli sürülmüş diktatordur. ABŞ Ədliyyə Nazirliyi onun tutulması üçün 50 milyon dollar mükafat təyin edib.”

FBI rəhbəri əlavə edib ki, onun rəhbərliyi altında qurum Maduro rejiminin bütün maliyyə resurslarını nəzarətə götürəcək:

“Biz hər bir dolların, hər bir hesabın və rejimə yardım edən hər bir şəxsin qarşısını alacağıq. Amerika heç vaxt onun qanla qazanılmış pullarına sığınacaq olmayacaq.”

Musavat.com

Избранный
36
musavat.com

1Источники