RU

Makron bazar günü axşamadək yeni hökumətin formalaşdırılmasını tələb edib

Bakı, 5 oktyabr, AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makron Baş nazir Sebastian Lekornüdən bazar günü axşamadək yeni hökumətin formalaşdırılmasını tələb edib.

AZƏRTAC xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. Bildirilib ki, hökumətdə təmsil olunacaq şəxslər bazar gününün sonunadək müəyyən edilməli, növbəti həftənin ilk iş günündə elan olunmalıdır.

Prezidentin tələbinə görə, hökumət 25, yaxud 26 nazir və dövlət katibindən ibarət olmalıdır. Seçiləcək şəxslər siyasi hazırlıqlı olmalı, zərurət yarandıqda sol qüvvələrlə danışıq apara bilməlidirlər.

Избранный
11
3
azertag.az

4Источники