Xəzər dənizində zəlzələ qeydə alınıb.
“Unikal” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yerli vaxtla Astara stansiyasından 13 km cənub-şərqdə, saat 05.36-da qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub.
Zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib.