RU

Qonşuda "hakimiyyətin dinc devrilməsi" aksiyası: Təşkilatçıları 9 il həbs gözləyir Nə baş verir?

ain.az, Bakupost saytına istinadən bildirir.

Gürcüstanda bələdiyyə seçkiləri keçirilir. Müxalifət isə seçkiləri boykot edərək "hakimiyyətin dinc devrilməsi" adlı aksiyaya start verib.

Bakupost.az xəbər verir ki, bunu politoloq Kamran Cəfərli bildirib.

O, oturuşmuş demokratik institutları olmayan ölkələrdə hakimiyyət dəyişikliyinin bir çox siyasi, əsasən də geosiyasi faktorlardan, regional və qlobal aktorların maraqlarından asılı olduğunu vurğulayıb:

"Gürcüstandaki siyasi proseslərin geosiyasi tərəfi və bugünkü etirazlarlarla bağlı vacib məqamlarları vurğulamalıyıq:

1) Hakim "Gürcü Arzusu"nu hərtərəfli dəstəkləyən Rusiya, qlobal miqyasda olduğu kimi, Cənubi Qafqaz regionunda çox ciddi şəkildə zəiflədi. Rusiyanın təsir imkanları da məhduddur.

2) Etirazçılar və etirazların təşkilatçıları son dərəcədə qətiyyətli və radikal ritorikanı seçdilər.

Misal üçün bugünkü etirazların əsas təşkilatçılarından biri Paata Burçuladze deyib:"Əvvəllər belə olurdu, toplaşırdılar, "yeni (parlament) seçkilər təyin edin!" - deyə qışqırırdılar, 200 min nəfər küçələrə çıxırdı və sonra evlərinə qayıdırdılar. 4 oktyabrda belə olmayacaq. İnsanların sadəcə evlərinə dağılmasına necə yol verə bilərik? 4-də başlayacağıq, 4-də bitirəcəyik. 4 oktyabrda istədiyimizə nail olacağıq".

Qeyd edək ki, oktyabrın 4-də Gürcüstanda keçirilən yerli seçkiləri boykot edən müxalifət partiyalarının nümayəndələri Tiflisin mərkəzi Rustaveli prospektində mitinq keçiriblər. Aksiyada biri ağır olmaqla, azı 32 polis əməkdaşı yaralanıb. Daxili İşlər Nazirliyi etiraz aksiyasının beş təşkilatçısı, o cümlədən Zodelava və opera müğənnisi Paata Burçuladzeni hökumətin devrilməsinə çağırış və qrup zorakılığının təşkilinə görə həbs edib. Onları 9 ilə qədər həbs gözləyir.

Asena,

BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
47
5
www.bakupost.az

6Источники