RU

“Qayıtmağımı çox istəyirdilər, mən də buna dəlicəsinə can atırdım”

2024-cü ildə “qızıl top”un qalibi olan “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri azarkeşlərin dəstəyi barədə danışıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu azarkeşlərin göstərdiyi sevgiyə görə qürur duyduğunu bildirib:

“Azarkeşlər mənim meydana qayıtmağımı çox istəyirdilər. Mən də buna dəlicəsinə can atırdım. Onların göstərdiyi sevgiyə görə qürur duyuram”.

Rodri uzun müddət dizindəki çarpaz bağların zədəsinə görə oynaya bilməyib. O, cari mövsümdə “Mançester Siti”nin heyətində 6 matçda iştirak edib.

Избранный
23
sportinfo.az

1Источники