RU

Qazaxda avtomobil dərəyə aşıb, xəsarət alanlar var

Qazaxda avtomobil dərəyə aşıb.
 
Moderator.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Ağköynək kəndində qeydə alınıb.
 
Minik avtomobilinin dərəyə aşması nəticəsində 2004-cü il təvəllüdlü Afiq İsmayılov və həmyaşıdı Orxan Məmmədəliyev ağır xəsarət alıb.
 
Yaralılar xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyəti ağır qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.
Избранный
10
13
moderator.az

10Источники