RU

"AAAF park" yaşayış kompleksində yanğın olub, 15 nəfər təxliyə olunub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinəAbşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayışkompleksində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhaləraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetməxidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəliyaşayış binasının zirzəmisində yerləşən texniki otaqdaquraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın yayılmasına,o cümlədən mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdəsöndürülüb.

Yanğın nəticəsində binanın zirzəmisində yerləşən ümumi sahəsi 2m² olan texniki otağın içərisində quraşdırılmış 68 ədəd elektiriksayğacı və şaxtadan keçən elektrik kabelləri 3p.m. yanıb.

FHN əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində3-ü azyaşlı olmaqla 15 nəfər bina sakini təxliyə olunub.

Şaxtadan keçən kommunikasiya xətləri, avtodayanacaqda parkedilmiş avtomobillər və mənzillər yanğından mühafizə olunub.

Избранный
18
28
az.trend.az

10Источники