RU

"Mançester Siti" Argentina millisinin üzvünə "elçi düşdü"

"Atletiko"nun müdafiəçisi Nahuel Molina karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Siti" argentinalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Team Talk" məlumat yayıb.

Premyer Liqa nəhəngi yanvar ayında 27 yaşlı sağ cinah müdafiəçisini heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Atletiko" Nahuel Molinanı 2022-ci ilin yayında "Udineze"dən transfer edib. Argentina millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 8 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi

Избранный
7
1
sportal.az

2Источники