RU

Mütəxəssislər alkoqolun görünüşdə yaratdığı dəyişiklikləri açıqladı

Qastroenteroloq Yekaterina Kaşux bildirib ki, alkoqolizm yalnız davranışlarda deyil, insanın zahiri görünüşündə də özünü büruzə verir.

E-saglam.az xəbər verir ki, həkim “Life”a açıqlamasında asılılığı göstərə bilən üz və bədən əlamətlərinə diqqət çəkib.

Onun sözlərinə görə, spirt qan damarlarını genişləndirir, nəticədə burun və yanaqlarda qızartı yaranır, kapilyar şəbəkə daha çox nəzərə çarpır. Alkoqol istifadəsi həmçinin orqanizmdə maye tutulmasına səbəb olur ki, bu da ümumi şişkinlik, üzdə şişmə, gözaltı torbalar və tünd dairələr kimi əlamətlərlə özünü göstərə bilər.

Kaşux əlavə edib ki, alkoqolun daha bir göstəricisi artıq çəki ola bilər. Spirtli içkilər yüksək kalorili olduğundan və iştahanı artırdığından çəkidə artım müşahidə olunur. Lakin xəstəliyin gec mərhələlərində vəziyyət dəyişir: qaraciyər və mədəaltı vəzin ciddi zədələnməsi, həmçinin davamlı asmalar səbəbindən insan sürətlə arıqlamağa başlayır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu kimi dəyişikliklər zamanında aşkarlanmasa, alkoqolizm daha ağır fəsadlarla nəticələnə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
21
e-saglam.az

1Источники