RU

Merkel Trampın bu tələbinə gülərək cavab veribmiş

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

“Almaniyanın keçmiş kansleri Angela Merkel ABŞ Prezidenti Donald Trampın hərbi xərclərin ÜDM-in 2 faizinə qədər artırılması tələbinə cavab olaraq gülüb”.

Globalinfo.az xəbər verir ki, bu barədə NATO-nun keçmiş baş katibi Yens Stoltenberq “Mənim Nəzarətimdə: Müharibə dövründə NATO-nun lideri” adlı avtobioqrafiyasında qeyd edib.

Keçmiş baş katib bildirib ki, hadisə Ağ Evin hazırkı prezidentinin birinci dövründə Tramp və Merkel arasında görüş zamanı baş verib.

Stoltenberq dəqiq tarixi açıqlamayıb.

“Tramp mənə o vaxtı söhbəti belə danışdı. “Mən Angelaya dedim ki, sən pulu verməlisən, 2 faiz xərcləməlisən. Amma Merkel mənə “Bəlkə 2030-cu ildə?” deyib güldü”.

Qeyd edək ki, bundan əvvəl D.Tramp bütün NATO ölkələrindən müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmağı tələb etmək niyyətində olduğunu bəyan edib. Ağ Ev rəhbəri vurğulayıb ki, belə bir qərar çoxdan qəbul edilməli idi.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
globalinfo.az

1Источники