RU

Kavelaşvilidən çevriliş cəhdinə sərt reaksiya

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Gürcüstanda zorakılıqla hakimiyyətin dəyişməsi mümkün deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan prezidenti Mixail Kavelaşvili brifinq zamanı bildirib.

“Gürcü xalqı heç kimə hakimiyyəti zorla dəyişməyə imkan verməyəcək. Bu ölkədə rəhbərlik ancaq seçki yolu ilə dəyişdirilə bilər”, – dövlət başçısı qeyd edib.

Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Bu fonda müxalifət üzvləri  Tbilisidə etiraz aksiyası təşkil ediblər və bu aksiya polislə toqquşmaya çevrilib. Mitinqə “Gürcü Arzusu” partiyasının seçkilərdə qalib gəldiyini elan etməsi və Avropaya inteqrasiya öhdəliyini dayandırmaq qərarı səbəb olub.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
globalinfo.az

1Источники