17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yekun heyəti müəyyənləşib.
Sportal.az xəbər verir ki, U-17-nin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa, İsrail və Rumıniya yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyətində 20 futbolçu saxlanılıb.
Qeyd edək ki, 9-cu qrupda yer alan komandamız oktyabrın 8-də Fransa, 11-də İsrail, 14-də isə Rumıniya seçməsi ilə qarşılaşacaq. Qrupun bütün oyunları Fransada keçiriləcək.
U-17-yə çağırılan futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:
Nr.
Adı / Soyadı
Klub
1
Rauf Əyyubov
Sabah
2
Nurəziz Əzizov
Neftçi
3
Kamil Həsənov
Marcet (İspaniya)
4
Kəmaləddin Cəfərli
Qarabağ
5
Uğur Qurbanlı
Qarabağ
6
Toğrul Mehdizadə
Sabah
7
Səttar Tahirzadə
Marcet (İspaniya)
8
Əli Kiçibəyov
Marcet (İspaniya)
9
İsmayıl Rzayev
Şəfa
10
Amin Rzayev
Qarabağ
11
Rəşad Gülüşov
Sabah
12
Nihad Hüseynzadə
Sabah
13
Nihad Cəfərzadə
Sabah
14
Abbas Zeynalov
Marcet (İspaniya)
15
Onur Əliyev
Qarabağ
16
Adnan Bunyatov
Marcet (İspaniya)
17
Əli Bəşirov
Qarabağ
18
Samir Şərifov
Sabah
19
Pünhan Kərimov
Marcet (İspaniya)
20
Nicat Kərimov
Sabah
8 oktyabr
Fransa (U-17) - Azərbaycan (U-17)
“Bourret” stadionu, Kapbreton. Saat 17:00
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Xrvoye Radiç (Xorvatiya)
Dördüncü hakim: Mateo Erceq (Xorvatiya)
11 oktyabr
İsrail (U-17) - Azərbaycan (U-17)
“Park de Sport” stadionu, Sen-Pol-le-Daks. Saat 20:00
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Gillaume Paradis (Fransa)
14 oktyabr
Azərbaycan (U-17) – Rumıniya (U-17)
“Bourret” stadionu, Kapbreton. Saat 17:00
Baş hakim: Mateo Erceq (Xorvatiya)
Baş hakimin köməkçiləri: Xrvoye Radiç (Xorvatiya), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Gillaume Paradis (Fransa)
saytlarin hazirlanmasi