Azərbaycan milli komandası oktyabrın 6-dan 8-dək Bakıda təlim-məşq toplanışında olacaq. Millimiz oktyabrın 8-də Fransanın paytaxtı Parisə yollanacaq.
Axar.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, millimizin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da "Park de Prens"də Fransa yığması, oktyabrın 13-də isə Polşanın Krakov şəhərində yerləşən "Krakoviya" stadionunda Ukrayna seçməsinə qarşı keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.
Qapıçılar: Şahruddin Məhəmmədəliyev ("Qarabağ"), Aydın Bayramov ("Zirə"), Rza Cəfərov ("Neftçi");
Müdafiəçilər: Bəhlul Mustafazadə ("Qarabağ"), Anton Krivotsyuk ("Daejon Hana", Cənubi Koreya), Elvin Bədəlov ("Neftçi"), Cəlal Hüseynov ("Arda", Bolqarıstan), Rəhman Daşdəmirov ("Sabah"), Abbas Hüseynov ("Qarabağ"), Faiq Hacıyev ("Turan Tovuz"), Qismət Alıyev ("Zirə"), Elvin Cəfərquliyev ("Qarabağ"), Rahil Məmmədov ("Araz-Naxçıvan");
Yarımmüdafiəçilər: Emin Mahmudov ("Neftçi"), Murad Xaçayev ("Neftçi"), Səbuhi Abdullazadə ("Sumqayıt"), İsmayıl İbrahimli ("Zirə"), Abdulla Xaybullayev ("Sabah"), Toral Bayramov ("Qarabağ"), Ceyhun Nuriyev ("Zirə");
Hücumçular: Rüstəm Əhmədzadə ("Sumqayıt"), Anatoli Nuriyev ("Sabah"), Mahir Emreli ("Kayzerslautern", Almaniya), Renat Dadaşov ("Motor", Polşa), Musa Qurbanlı ("Qarabağ"), Nəriman Axundzadə ("Qarabağ