RU

Fələstin rəsmisi: HAMAS İsrail ordusunun geri çəkilməsi üçün dəqiq vaxt cədvəli tələb edir

Fələstinli rəsmi şəxsin sözlərinə görə, HAMAS, ABŞ-ın təklifinə əsaslanan və bütün girovların azad edilməsini, həmçinin Qəzza zolağından İsrail ordusunun mərhələli şəkildə çıxarılmasını nəzərdə tutan danışıqlara hazırlıq çərçivəsində, İsrail qüvvələrinin geri çəkilməsinə dair dəqiq bir vaxt qrafiki əldə etməyə çalışır.

APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Danışıqlara yaxın olan mənbə bildirib ki, “irəliləyiş, HAMAS-ın xəritəni qəbul edib-etməməsindən asılı olacaq. Hazırkı xəritədə İsrail ordusunun Qəzza zolağının böyük hissəsinə nəzarətdə qalacağı göstərilir”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın şənbə günü təqdim etdiyi xəritədə, İsrailin əvvəlcə Qəzza zolağının mərkəzindən keçən ilkin xəttə qədər çəkiləcəyi, daha sonra isə mərhələli şəkildə ərazinin kənar hissələrinə qədər geri çəkiləcəyi göstərilib.


Rəsmilərin sözlərinə görə, “HƏMAS həmçinin İsrailin Qəzzadan çıxması üçün sərt və konkret vaxt cədvəli tələb edə bilər. Danışıqların birinci mərhələsi prosesin necə irəliləyəcəyini müəyyən edəcək”.

HAMAS-a yaxın mənbələr isə “Reuters“ agentliyinə bildiriblər ki, sağ qalan girovların təhvil verilməsi nisbətən asan ola bilər, lakin Qəzzadakı dağıntılar və xarabalıqlar arasında həlak olanların cəsədlərinin tapılıb çıxarılması bir neçə gündən çox vaxt apara bilər.
Избранный
13
3
sherg.az

4Источники