RU

Trampın Qəzza Planı toplantıdan əvvəl 8 ölkədən dəstək alıb

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın hazırladığı Qəzza Planı üçün İsrail və HAMAS arasında danışıqlar başlayır.

APA Hürriyet-ə istinadla bildirir ki, görüşlərdə ABŞ rəsmiləri də iştirak edəcək və toplantıdan əvvəl Türkiyə də daxil olmaqla səkkiz ölkə birgə bəyanat yayıb.

Bu görüşlə bağlı Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər və Misir xarici işlər nazirləri ortaq bəyanat dərc ediblər. Bəyanatda deyilir:

“HAMAS-ın bütün girovların azad edilməsi və tətbiq mexanizmlərinə dair danışıqların dərhal başlanması ilə bağlı atdığı addımları məmnunluqla qarşılayırıq.

ABŞ Prezidenti Donald Trampın İsrailə yönəlik “bombardımanları dərhal dayandırmaq və mübadilə razılaşmasının icrasına başlamaq” çağırışını da alqışlayırıq.

HAMAS-ın Qəzzanın idarəsini müstəqil texnokratlardan ibarət müvəqqəti Fələstin İdarə Komitəsinə təhvil verməyə hazır olduğunu bəyan etməsi də məmnuniyyət doğurur”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
41
3
apa.az

4Источники